Boksçularımız Avropa çempionu oldular
18 Avqust 2013 Bazar 19:53
Boksçularımız İrlandiya və Ukrayna təmsilçilərindən üstün olublar.
Hollandiyanın Rotterdam şəhərində keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyi başa çatıb.
ANS PRESS Azerisport-a istinadən bildirir ki, finalda üç azərbaycanlı boksçu döyüşürdü. Onlardan ikisi qalib gəlib.
Nəsrəddin Məmmədov (56 kq) irlandiyalı Kurt Uokerə, Cavid Quliyev isə (64 kq) ukraynalı Yaroslav Samofalova qalib gəlib. Məsud Yusifzadə (52 kq) finalda irlandiyalı Harri Kulliyə uduzaraq ikinci olub.
Bildirək ki, finalda Ukraynadan 5, Rusiyadan 4, Azərbaycandan 4 boksçu döyüşürdü.
DOSTLARINLA PAYLAŞ: