Boksçularımız 5 medalla dönüb
13 Mart 2009 Cümə 11:35
Boksçularımız komanda hesabında yalnız meydan sahiblərindən geri qalaraq ikinci yeri tutublar

İranda keçirilən boks üzrə beynəlxalq Fəcr turnirində iştirak edən Azərbaycan milli komandası yarışı ikinci yerdə başa vurub. Gənclər və idman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan güləşçiləri yalnız meydan sahibi İran millisindən geri qalıblar. 57 kq çəkidə yarışan Elşən İsmayılov turnirin qızıl medalını qazanıb. İsmət Eynullayev (60 kq), Sadiq Eynullayev (64 kq) və Rahib Bəylərov (76 kq) gümüş medal qazanıblar. Rəhim Nəcəfov (54 kq) bürünc medalla kifayətlənib.

Qeyd edək ki, beynəlxalq Fəcr turnirində Azərbaycan, Türkiyə, İran, Suriya, Qazaxıstan, Özbəkistan, Pakistan və Ermənistan komandaları mübarizə aparıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar