27 yaşlı Roman Simakov Kemerovo şəhərində dəfn ediləcək.
Rusiyalı boksçu Roman Simakov 27 yaşında dünyasını dəyişib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, boksçu dekabrın 5-də Sergey Kovalyova qarşı keçirdiyi döyüşdə nokdauna düşdükdən sonra özünə gəlməyərək ölüb.
Sergey Kovalyov Roman Simakova qalib gəlməklə 79,4 kq çəki dərəcəsində WBC versiyası üzrə Asiya kəmərini qoruyub. Mərhum boksçu Kemerovo şəhərində dəfn ediləcək.