Boksçu nokauta düşərək öldü
24 Noyabr 2009 Çərşənbə Axşamı 17:25
Həkimlər Fransisko Rodriqesə kömək edə bilməyib
ABŞ boksçusu Fransisko Rodriqes nokauta düşərək dünyasını dəyişib. Boksçu Teon Kennedi ilə döyüşdə 10-cu raundda texniki nokauta düşərək məğlub olub.
Həkimlər xəstəxanaya çatdırılan boksçunun beynində cərrahiyyə əməliyyatı həyata keçirib. Əməliyyatdan sonra Rodriqes özünə gəlməyərək dünyasını dəyişib.
Xatırladaq ki, boksçu peşəkar rinqdə 16 döyüş keçirib və bunlardan 14-də qələbə qazanıb. Rodriqesin həvəskar boksçu karyerası daha uğurlu alınıb. O, 2001-ci ildə nüfuzlu “Golden Gloves” turnirinin qalibi olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: