Boksçu ilk döyüşündə öldü
01 Fevral 2011 Çərşənbə Axşamı 15:50
Entoni Cons dünyasını dəyişib
Amerikalı boksçu Entoni Cons peşəkar rinqdə debüt döyüşündəcə ölüb. ANS PRESS-in “fightnews.com”a istinadən verdiyi məlumata görə, boksçu Kvinsi Palmerə nokautla məğlub olduqdan sonra dünyasını dəyişib.

Entoni Consun 28 yaşı olub. Mərhum boksçunun Kvinsi Palmerlə döyüşü Arkanzas ştatının Benton şəhərində baş tutub. Entoni Cons döyüşün ikinci raundunda nokauta düşüb.

Xatırladaq ki, E.Cons peşəkar rinqdə gücünü sınayanadək Amerika futbolu ilə məşğul olub. Peşəkar boks döyüşündən əvvəl Cons tibbi müayinədən keçmişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar