Boks üzrə ölkə birinciliyi başlayıb
22 Dekabr 2010 Çərşənbə 00:00
Qaliblərin adı dekabrın 25-də məlum olacaq
Bu gün Bakı İdman Sarayında boks üzrə növbəti Azərbaycan çempionatı start götürüb. Yarışda respublikamızın 30 şəhərindən 150-dən çox idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparır. ANS PRESS-in məlumatına görə, açılış mərasimində çıxış edən Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Əbiyev boksçulara uğurlar arzulayaraq ölkəmizdə son illər boksun inkişafından və idmançılarımızın beynəlxalq yarışlarda qazandığı nailiyyətlərdən danşıb.

Ölkəmizdə tez-tez beynəlxalq turnirlərin keçirildiyini xatırladan A.Əbiyev Azərbaycanın son illər dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb.

Xatırladaq ki, turnirin qaliblərinin adı dekabrın 25-də məlum olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar