Boks üzrə dünya çempionu öldürüldü
13 İyun 2010 Bazar 11:20
Boks üzrə dünya çempionu öldürüldü. Xetaq Kozayev gecə klubunda güllələnib.
WBC peşəkar boks versiyası üzrə gənclər arasında dünya çempionu Xetaq Kozayev dünən axşam Vladiqafqaz şəhərində “Miraj” gecə klubunda qətlə yetirilib. Bu barədə “Ria Novosti” agentliyi qondarma Şimali Osetiya Respublikasının "Daxili İşlər Nazirliyi"nin əməkdaşına istinadən məlumat yayıb. Onun sözlərinə görə, Kozayevə bir neçə də atəş açılıb.

“Şübhəli şəxs müəyyənləşdirilib. Düşünürəm ki, o, gün ərzində saxlanılacaq”, deyə "DİN" rəsmisi bildirib.

Qeyd edək ki, Kozayevin böyük qardaşı Aslanbek də boks üzrə gənclər arasında dünya çempionudur. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar