Boks üzrə Azərbaycan çempionatı keçiriləcək
08 Dekabr 2010 Çərşənbə 23:05
Yarışda ölkənin ən güclü boksçuları iştirak edəcək
Dekabrın 21-də Bakı İdman Sarayında boks üzrə böyüklər arasında Azərbaycan çempionatı start götürəcək. Milli komandaya seçim xarakteri daşıyan yarışda ölkənin ən güclü boksçuları iştirak edəcək. Azərbaycan çempionatında 10 çəki dərəcəsində 150-ə yaxın dəri əlcək ustasının mübarizəsi gözlənilir. Yarışda WSB liqasında yarışan “Baku Fires” klubunun yerli boksçuları da öz gücünü sınayacaq. Qaliblərin adları dekabrın 25-də məlum olacaq.

Azərbaycan çempionatının həmişəki kimi yanvarda yox, bu ilin dekabrında təşkil olunması 2011-ci ildə lisenziya xarakterli yarışların keçirilməsi ilə bağlıdır. Xatırladaq ki, gələn il London Olimpiadasına lisenziya verən dünya çempionatı Bakıda keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar