Boks tariximizdə ikinci dünya çempionluğu
08 Oktyabr 2011 Şənbə 17:59
Məhəmmədrəsul Məcidov qızıl medal qazanıb
Bakıda keçirilən boks üzrə dünya çempionatında bu gün final mərhələsinin görüşləri keçirilib. ANS PRESS-in məlumatına görə, həlledici mərhələdə iki boksçumuz - Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov çempionluq uğrunda yarışıblar.

Çempionatda inamlı çıxışı ilə diqqət çəkən 18 yaşlı gənc boksçumuz Teymur Məmmədov finalda ukraynalı Aleksandr Usiklə üz-üzə gəlib və 15:25 hesabı ilə uduzaraq gümüş medal qazanıb.

Ən ağır çəkidə yarışan təmsilçimiz Məhəmmədrəsul Məcidov finalda İngiltərə təmsilçisi Entoni Coşua ilə qarşılaşıb. M.Məcidov rəqibi ilə başa-baş mübarizə apararaq rəqibinə 1 xal fərqi ilə - 22:21 hesabı ilə qalib gələrək dünya çempionu adını qazanıb.

Qeyd edək ki, Məhəmmədrəsul Ağası Məmmədovdan sonra Azərbaycan boksu tarixində böyüklər arasında dünya çempionu adını qazanmış ikinci bokçu olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar