Boks federasiyasının prezidenti istefa verdi
11 Noyabr 2009 Çərşənbə 23:50
Yevgeni Murov prezident Dmitri Medvedevin göstərişi ilə vəzifəsindən azad edilib
Bu gün Rusiya Boks Federasiyası (RBF) idarə heyətinin iclası keçirilib. İclasda RBF-nın rəhbəri, ordu generalı Yevgeni Murov Rusiya prezidenti Dmitri Medvedevin göstərişi ilə vəzifəsindən azad edilib.
Qurumun prezidenti vəzifəsini müvəqqəti olaraq RBF-in vitse-prezidenti Boris İvanyuçenkov icra edəcək.
RBF-in növbədənkənar konfransı dekabrın 12-də keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: