BOK-un fəxri prezidenti vəfat etdi
21 Aprel 2010 Çərşənbə 17:15
Xuan Antonio Samaranç 89 yaşında dünyasını dəyişib.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) fəxri prezidenti Xuan Antonio Samaranç vəfat edib. 89 yaşlı Samaranç bu gün ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Xatırladaq ki, Xuan Antonio Samaranç 1980-2001-ci illər ərzində BOK-un prezidenti olub. 2001-ci ildə postundan ayrılaraq öz yerini Jak Roqqeyə verən Samaranç o vaxtdan BOK-un fəxri prezidenti idi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar