“Birmingem”in əfsanəvi qapıçısı Cil Merrik vəfat etdi
06 Fevral 2010 Şənbə 10:05
Cil Merrik 88 yaşında dünyasını dəyişib
İngiltərənin “Birmingem Siti” klubunun əfsanəvi qapıçısı Cil Merrik vəfat edib. Karyerası ərzində 551 oyunda “Birmingem”in qapısına qoruyan C.Merrik 88 yaşında dünyasını dəyişib.

İngiltərə yığmasında da, 23 dəfə meydana çıxan Merrik futbolçu karyerasını başa vurduqdan sonra doğma klubunda məşqçi qismində çalışıb. “Birmingem” onun rəhbərliyi altında tarixi ərzində ən ciddi uğuru sayılan İngiltərə Liqa Kubokuna sahib çıxmışdı.

Ötən il Cil Merrikin şərəfinə “Birmingem”in ev oyunlarını keçirdiyi stadiona onun adı verilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar