Birlik Kuboku "İnter" - "Neftçi" oyunu ilə start götürəcək
27 Dekabr 2010 Bazar Ertəsi 17:10
Təmsilçimiz Qırğızıstan çempionu ilə üz-üzə gələcək
Ənənəvi Birlik Kuboku turnirinin təqvimi açıqlanıb. ANS PRESS-in Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən yaydığı məlumata görə, yanvarın 15-dən 23-dək davam edəcək yarışın açılış matçı təmsilçimiz “İnter” və Qırğızıstanın “Neftçi” klubları arasında baş tutacaq.

Komandamız ikinci görüşünü bir gün sonra Tacikistanın “İstiklol” klubuna qarşı keçirəcək. “İnter” qrup mərhələsində son oyununu isə yanvarın 18-də Moldovanın “İskra-Stal” komandasına qarşı keçirəcək.

Birlik Kubokunun sahibi yanvarın 23-də Sankt-Peterburq şəhərinin “Peterbujrski” İdman Konsert Kompleksində baş tutacaq matçdan sonra müəyyənləşəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar