Beynəlxalq Güləş Federasiyasının prezidenti istefaya göndərilib
16 Fevral 2013 Şənbə 13:18
Bu barədə FİLA qərar verib.
Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti işdən qovulub. Bu barədə FİLA qərar verib.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib.

Onun sözlərinə görə, Martinettinin gedişinə Büro üzvlərinin çoxu səs verib. Yeni prezidentin kim olacağı isə hələ məlum deyil.

Xatırladaq ki, R.Martinetti 2002-ci ildən FİLA-ya rəhbərlik edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar