Beşiktaşı çalışdırmağa həvəsim yoxdur
14 Mart 2011 Bazar Ertəsi 17:13
Azərbaycanlı iş adamı İstanbul təmsilçisinin hazırki rəhbərliyini dəstəkləyir
Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov İstanbulun “Beşiktaş” klubuna rəhbərlik edəcəyi ilə bağlı söz-söhbətləri təkzib edib. Mübariz Mənsimov “Habertük”ə müsahibəsində bir iş adamı olduğunu və “Beşiktaş”a rəhbərlik etməyə nə vaxtının, nə də həvəsinin olduğunu bildirib.
“Futbol bir az şans oyunudur. Türkiyədə ən yaxşı heyətə malik komanda “Beşiktaş” olsa da şans onun tərəfində deyil. Mən "Beşiktaş"ın hazırkı rəhbərliyini dəstəkləyirəm. “Beşiktaş”ın bir azarkeşi olaraq bu vəziyyət məni qane etmir. “Beşiktaş”ın daha yaxşı nəticələr qazanmasını istəyirəm”, - deyə Mübariz Mənsinov bildirib.
Xatırladaq ki, Mübariz Mənsimovun adı Türkiyənin “Beşiktaş” futbol klubunun rəhbərliyinə namizədlər sırasında hallanırdı.
DOSTLARINLA PAYLAŞ: