Beşiktaş zərbə aldı
09 Noyabr 2010 Çərşənbə Axşamı 10:55
İstanbul klubu Beşiktaş öz meydanında xal itirib.
Futbol üzrə Türkiyə çempionatında XI turun son oyunu baş tutub. “Beşiktaş” doğma “İnönü” stadionunda ”Kasımpaşa” klubu ilə qarşılaşıb. “Qara Qartal” bu oyunda rəqibini məğlub edə bilməyərək 2 vacib xal itirib.

Oyunun 85-ci dəqiqəsinədək hesab “Kasımpaşa”nın xeyrinə 1:0 olub. 85-ci dəqiqəqədə hesabı bərabərləşdirən “Beşiktaş” 90-cı dəqiqəyə əlavə olunmuş dəqiqələrdə penalti vurmaq hüququ qazanıb.

Topa yaxınlaşan “Beşiktaş” klubunun ispan futbolçusu Quti zərbəni dəqiq yerinə yetirə bilməyib. Bununla da oyun 1:1 yekunlaşıb. Xatırladaq ki, Türkiyə çempionatına “Trabzonspor” klubu liderlik edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar