Beşiktaş və Zenit Azərbaycana gəlir
14 Dekabr 2012 Cümə 13:56
Beşiktaş və Zenit komandaları Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunda iştirak edəcəklər.
Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunun hazırlıqlarına start verilməsi və turnirdə iştirak üçün bir neçə tanınmış kluba dəvət göndərilib. ANS PRESS-in "Qəbələ" klununun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq dəvət alan iki klub – Türkiyə və Rusiya təmsilçiləri - “Beşiktaş” və “Zenit” turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib.

28 may – 02 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək.

Xatırladaq ki, ilk turnir 30 may – 04 iyun 2012-ci il tarixlərində “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar