Beşiktaş ve Trabzonspor növbeti merhelede
30 Avqust 2013 Cümə 04:24
UEFA Avropa Liqasının pley-off merhelesine yekun vurulub. Beşiktaş ve Trabzonspor növbeti merheleye keçib.
UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulub. Apasport.az-ın məlumatına görə, Azərbaycanın 1 təmsilçisinin qaldığı turnirdə 30 görüş baş tutub.
“Qarabağ”ın Almaniyada “Ayntraxt”ın qonağı olduğu gündə Azərbaycanlı azarkeşlərin yaxından maraqlandığı iki qarşılaşma da Türkiyə təmsilçilərinin iştirakı ilə keçirilib. “Beşiktaş” Azərbaycan təmsilçisi “İnter”i Avropa Liqasında mübarizədən kənarlaşdıran “Tromse”ni İstanbulda qəbul edib. Norveçdəki oyunda 2:1 hesabı ilə məğlub olan “qara qartallar” doğma azarkeşləri qarşısında 2 cavabsız qolla qalib gələrək növbəti mərhələyə adlayıblar. Albaniyada “Kukesi”ni (2:0) məğlub edən “Trabzonspor” evdə də 3:1 hesabı ilə qalib gəlib.
Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın “Rubin” klubu isə doğma azarkeşləri qarşısında “Molde”ni sınağa çəkib. Norveçdə rəqibini 2 cavabsız qolla məğlub edən Kazan təmsilçisi evdə rahat qələbə qazanıb – 3:0.
Keçirilən oyunlardan sonra aşağıdakı klublar qrup mərhələsinə vəsiqə qazanıb: “Rubin” (Rusiya), “Sent Qallen” (İsveçrə), “Dinamo” (Kiyev, Ukrayna), “Elfsborq” (İsveç), “Rapid” (Avstriya), “Makkabi” (Hayfa, İsrail), “Riyeka” (Xorvatiya), “Trabzonspor” (Türkiyə), “Slovan” (Çexiya), “Esbyerq” (Danimarka), “Şerif” (Moldova), “Zulte Vereqem” (Belçika), “Suonsi” (İngiltərə), “Beşiktaş (Türkiyə), “Genk” (Belçika), “Tyun” (İsveçrə), “Apollon” (Kipr), “Estoril (Portuqaliya), “Dnepr” (Ukrayna),“Standard” (Belçika), “Zalsburq” (Avstriya), “Sevilya” (İspaniya), “Çernomorets” (Ukrayna), ”Fiorentina” (İtaliya), “Kuban” (Rusiya), “Tottenhem” (İngiltərə), “Panduri” (Rumıniya).
Qeyd edək ki: “Alkmaar”– “Atromitos” görüşü isə stadionda baş verən yanğın səbəbindən təxirə salınıb.
DOSTLARINLA PAYLAŞ: