“Beşiktaş” “Real”ın ulduzu Quti ilə müqavilə imzaladı
15 İyul 2010 Cümə Axşamı 01:50
Türkiyə klubunun iki illik razılaşma əldə etdiyi futbolçu Quti bu gün İstanbulda olacaq.
Türkiyənin “Beşiktaş” klubu Madrid “Real”ının ispaniyalı oyunçusu Quti ilə iki illik müqavilə bağlayıb. İspaniyada müqavilənin imzalanmasında klubun prezidenti Yıldırım Dəmirörən də iştirak edib. Qutinin bu gün Yıldırım Dəmirörənlə birlikdə İstanbula gedəcəyi gözlənilir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar