Beşiktaş Raulu aldı
15 İyul 2010 Cümə Axşamı 23:30
Türk klubu Beşiktaş mövsümün “bombasını” partlatdı. Beşiktaş Raulu aldı.
Quaresma, Hilbert, Qutidən danışlarkən “Beşiktaş”a daha bir ulduzun gəlməsi dəqiqləşdi. Türk klubunun Raul ilə anlaşdığı xəbəri artıq öz təsdiqini tapıb.

Quti ilə transfer sazişini imzalayan klubun azarkeşləri yeni transferin müzakirəsini bitirməmiş Lig TV-mnin müxbiri canlı yayımda Raulla ilkin razılığın əldə olunduğunu və ulduz futbolçunun növbəti həftə İstanbula gələcəyini açıqlyıb.


Raul ilə üç illik müqavilənin imzalanması üçün bütün razılıqların əldə olunduğu bildirilir.

Qeyd edək ki, bir neçə saat bundan öncə Beşiktaş klubunun mətbuat katibi Mete Düren klubunun “Real Madrid”in ulduz futbolçusu Raul ilə maraqlanması ilə bağlı xəbərlərin əsassız olduğu bildirmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar