Beşiktaş Ramon Motta ile müqavile imzaladı
06 Sentyabr 2013 Cümə 03:42
Oyunçu Ramon Motta 2,5 milyon avroya bağladığı 1 illik müqavile ile mövsümün sonuna qeder Beşiktaş forması geyinecek.
Türkiyənin 4 böyük futbol komandasından olan “Beşiktaş” braziliyalı futbolçu Ramon Mottayı öz rənglərinə transfer edib. ANSPRESS-in klubun rəsmi səhifəsinə istinadən verdiyi məlumata görə, oyunçu 2,5 milyon avro müqabilində bağladığı 1 illik müqavilə ilə mövsümün sonuna qədər “Ağ qaralar”ın formasını geyinəcək. Bununla da Motta ilk dəfə ölkədən kənarda başqa bir klubda çıxış edəcək. Bundan əvvəl Braziliyanın “Korintians” klubunun formasını geyinən 25 yaşlı müdafiəçi artıq İstanbuldadır.

Xatırladaq ki, futbolçu bügünədək bir sıra tanınmış Braziliya klublarının şərəfini qoruyub. O ümumilikdə oynadığı 119 oyunda 7 qola imza atıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar