Beşiktaş Quti ilə razılığa gəlib
24 İyun 2010 Cümə Axşamı 17:05
Beşiktaş klubunun Quti ilə müqavilənin nə zaman imzalanacağı hələlik bilinmir.
Almaniyalı baş məşqçi Bernd Şusterlə müqavilə imzaladıqdan sonra portuqaliyalı Rikardo Kuarejmanı heyətinə qatan “Beşiktaş” klubu daha bir ulduz futbolçu ilə razılığa gəlib. İstanbul klubunun “Real”ın ispaniyalı futbolçusu Quti ilə razılaşma əldə etdiyi iddia olunur. Futbolçu ilə rəsmi müqavilənin nə zaman imzalanacağı isə hələ ki, bildirilmir.

Xatırladaq ki, Quti peşəkar karyerası ərzində yalnız “Real” klubunun formasını geyinib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar