Beşiktaş qələbəni əldən vermədi
08 Fevral 2014 Şənbə 06:38
Beşiktaş növbəti oyununu gələn həftə öz meydanında Bursaspora qarşı keçirəcək.
Türkiyə çempionatında 20-ci turun oyunları çərçivəsində "Beşiktaş" "Qaziantepspor"la qarşılaşıb.

ANS PRESS-in məlumatına görə, "Qaziantepspor" öz meydanında azarkeşlərini məyus edib. Oyunda ilk qolu 19-cu dəqiqədə Olcay Şahan vurub və birinci hissə bu hesabla başa çatıb.

Oyunun ikinci hissəsində (74-cü dəqiqədə) Ömər Şişmanoğlunun atdığı qolla "Beşiktaş" növbəti xalı qazanıb.

Meydan sahiblərindən isə Marek Sapara 85-ci dəqiqədə atdığı qolla adını tabloya yazdırıb.

Beləliklə, oyun 1-2 hesabı ilə "Beşiktaş"ın xeyrinə başa çatıb.

Xatırladaq ki, "Beşiktaş" növbəti oyununu gələn həftə öz meydanında "Bursaspor"a qarşı keçirəcək.

"Qaziantepspor" isə "Çaykur Rizəspor"un qonağı olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar