Beşiktaş Qalatasaray oyunu baş tutmadı
15 Aprel 2012 Bazar 03:03
Beşiktaş Qalatasaray oyunu baş tutmadı. Qarşılaşma bazar ertəsinədək təxirə salınıb.
Türkiyə çempionatının çempionluq qrupunda “Beşiktaş” və “Qalatasaray” komandaları arasında ötən axşam keçirilməli olan qarşılaşma baş tutmayıb. Buna leysan yağışı nəticəsində stadionu su basması səbəb olub. Meydançanı su basdığından, hakim oyunun təxirə salınmasına qərar verib.

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim hakimin qərarını dəstəkləyib: “Doğru qərardır. Hakimlər araşdırdılar və oyunun keçirilməsinin mümkün olmadığına qərar verdilər. Futbolçularım da oynanmamalı olduğunu mənə demişdilər. Allah qorusun, xəsarət ola bilərdi, yaxşı futbol oynanması, azarkeşlərə keyfiyyətli oyun izlədilməsi mümkün olmaya bilərdi”.

“Beşiktaş” və “Qalatasaray” klubları aprelin 16-da Bakı vaxtı ilə saat 22.00-da qarşılaşacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar