Beşiktaş növbəti mərhələyə keçib
15 Dekabr 2011 Cümə Axşamı 02:30
Kiyev "Dinamo"su isə mübarizəni dayandırmalı oldu.
UEFA Çempionlar Liqasında bəzi qrupla üzrə qrup mərhələsinə yekun vurulub. Beləliklə, mübarizəni növbəti mərhələdə davam etdirmək hüququ qazanan klubların bir qismi məlum olub.

E qrupunda mübarizə aparan “Beşiktaş” öz meydanında “Stok Siti”ni 3:1 hesabı ilə məğlub edib və 12 xalla qrupda birinci yeri tutub. İngilislər isə 11 xalla ikinci pillədə qalıblar.

Eyni qrupda mübarizə aparan Kiyev “Dinamo”su isə Avropa Liqasında mübarizəni dayandırmalı olub. Ukrayna klubu öz meydanında Təl-Əvivin “Makkabi” klubu ilə heç-heçə oynayıb - 3:3.

Günün bütün oyunlarının nəticələri:

D qrupu

“Sürix” (İsveçrə) - “Vasluy” (Rumıniya) - 2:0
“Latsio” (İtaliya) - “Sportinq” (Portuqaliya) - 2:0

Turnir cədvəli: “Sportinq”-12 xal, “Latsio”-9, “Vasiluy”-6, “Sürix”-5.

E qrupu

“Beşiktaş” (Türkiyə) - “Stok Siti” (İngiltərə) - 3:1
“Dinamo” (Kiyev, Ukrayna) - “Makkabi” (Təl-Əviv, İsrail) - 3:3

Turnir cədvəli: “Beşiktaş”-12, “Stok Siti”-11, “Dinamo”-7, “Makkabi”-2.

F qrupu

PSJ (Fransa) - “Atletik” (Bilbao, İspaniya) - 4:2
“Slovan” (Slovakiya) - “Zalsburq” (Avstriya) - 2:3

Turnir cədvəli: “Atletik”-13, “Zalsburq”-10, PSJ-10, “Slovan”-1.

J qrupu

“Styaua” (Rumıniya) - AEK (Kipr) - 3:1
“Makkabi” (Hayfa, İsrail) - “Şalke” (Almaniya) - 0:3

Turnir cədvəli: “Şalke”-14, “Styaua”-8, “Makkabi”-6, AEK-5.

K qrupu

“Visla” (Polşa) - “Tvente” (Hollandiya) - 2:1
“Fulhem” (İngiltərə) - “Odense” (Danimarka) - 2:2

Turnir cədvəli: “Tvente”-13, “Visla”-9, “Fulhem”-8, “Odense”-4.

L qrupu

“Anderlext” (Belçika) - “Lokomotiv” (Moskva, Rusiya) - 5:3
“Ştrum” (Qraz, Avstriya) - AEK (Yunanıstan) - 1:3

Turnir cədvəli: “Anderlext”-18, “Lokomotiv”-12, AEK-3, “Şturm” -3.



DOSTLARINLA PAYLAŞ:

oyunlar