"Beşiktaş"ın üzvündə nadir xəstəlik tapılıb
04 Fevral 2011 Cümə 17:35
Allen Ayversonun ayağında indiyədək 4 adamda rast gəlinən xəstəlik inkişaf edir
Türkiyənin “Beşiktaş” klubunun amerikalı ulduz basketbolçusu Allen Ayversonun ayağında nadir xəstəlik aşkar edilib. ANS PRESS-in “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, basketbolçunun sağ ayağındakı zədədən sonra yaranan xəstəliyin dünyada indiyədək sadəcə 4 adamda rast gəlindiyi bildirilir. Bu, həkimlərin basketbolçunun ayağının zədə almasından sonra etdikləri müayinə zamanı məlum olub.

Həkimlər amerikalı basketbolçunun may ayından tez meydanlara dönə bilməyəcəkləri haqqında “Beşiktaş” rəhbərliyinə hesabat verib. Həkimlərin bu məlumatından sonra “Beşiktaş”ın Allen Ayversonla yollarını ayıracağı gözlənilir.

Xatırladaq ki, Allen Ayverson karyerası ərzində MBA-nın “Denver Nuggets”, “Detroyt Pistons” və “Memfis Qrizzlis” klubunun formasını geyinib. Son zamanlar zədələrdən əziyyət çəkən Ayverson “Beşiktaş”la müqavilə bağlayaraq Türkiyə çempionatında özünü sübut etmək fikrində idi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar