“Beşiktaş”ın sabiq futbolçusu Paskal Nouma xərçəngə tutulub
19 İyul 2010 Bazar Ertəsi 14:25
Bu barədə Paskal Nouma özü açıqlama verib.
Bir zamanlar Türkiyənin “Beşiktaş” klubunda uğurlu oyunu ilə azarkeşlərin rəğbətini qazanmış fransız futbolçu Paskal Nouma xərçəng xəstəliyinə yoluxub. Bu barədə jurnalistlərə futbolçu özü açıqlama verib.

“2003-cü ildə Parisdə dostumla basketbol oynayarkən çənəmdən zədə aldım. Bir müddət ötdükdən sonra bu yara böyüməyə başladı. Həkimə gedərək analiz verdim. Səhərisi xəstəxandan çağıraraq bildirdilər ki, mən xərçəngə yoluxmuşam”, - deyə Paskal Nouma bildirib.

Futbolçu müalicə dövründə saçlarının və qaşının töküldüyünü və 20 kq-a qədər arıqladığını da vurğulayıb. Xatırladaq ki, Paskal Nouma 2002-2003-cü il mövsümündə “Beşiktaş”ın formasını geyinib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar