“Beşiktaş”ın baş məşqçisi Bernd Şuster istefa verib
15 Mart 2011 Çərşənbə Axşamı 12:34
Türkiyənin “Beşiktaş” futbol komandasının baş məşqçisi Bernd Şuster (Bernd Schuster) vəzifəsindən istefa verib.


APA-nın Türkiyənin “Lig TV” futbol televiziyasına istinadən verdiyi məlumata görə, B. Şuster martın 14-də axşam istefa qərarını klub rəhbərliyinə bildirib. O, uğursuz nəticələr alan komandada qalmaq istəmədiyini söyləyib. “Beşiktaş” rəhbərliyinin bu gün fövqəladə toplantı keçirərək B. Şusterin istefasını qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, alman B. Şuster hazırkı futbol mövsümünün əvvəlində “Beşiktaş”ın baş məşqçisi təyin olunub. Lakin komanda Türkiyə liqasının bitməsinə 9 tur qalmış çempionluq şansını itirib və 7-ci yerdədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar