Berti Foqtsa yeni rəqib
29 Dekabr 2010 Çərşənbə 12:40
Qazaxıstan millisinə yeni baş məşqçi təyin edilib
Futbol üzrə Qazaxıstan yığma komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib. Astananın “Lokomotiv” klubunun baş məşqçisi Holdqer Foksun tezliklə yığmaya cəlb ediləcəyi bildirilir.

Qazaxıstan mətbuatının məlumatına görə, Foksun yığmaya təyinatı yaxın günlərdə rəsmiləşə bilər.

Xatırladaq ki, Qazaxıstan yığması Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Berti Foqtsun çalışdırdığı Azərbaycan millisi ilə bir qrupda mübarizə aparır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar