Berti Foqts yığmaya daha bir futbolçu çağırdı
08 Noyabr 2010 Bazar Ertəsi 11:50
Berti Foqts yığmaya daha bir futbolçu çağırdı. Volodimir Levin yenidən millinin əsas heyətində top qovacaq.
Futbol üzrə yığma komandamızın Bakı şəhərində təlim-məşq toplanışı keçiriləcək. Hazırlıq prosesi noyabrın 8-dən 11-dək davam edəcək.

ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, yığmamızın baş məşqçisi Berti Foqts müdafiəçi Volodimir Levini əsas heyətə cəlb edib. Qeyd edək ki, Levin əvvəlcə ehtiyat heyətə cəlb olunmuşdu.

Toplanışda iştirak edəcək futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

Kamran Ağayev – “Xəzər Lənkəran”,
Fərhad Vəliyev – “Qarabağ”,
Aqil Məmmədov – “Bakı”,
Saşa Yunisoğlu – “Qəbələ”,
Nodar Məmmədov – “Qəbələ”,
Ruslan Abışov – “Neftçi”,
Ruslan Əmircanov – “Neftçi”,
Vurğun Hüseynov – “Turan”,
Elnur Allahverdiyev – “Xəzər Lənkəran”,
Aqil Nəbiyev – AZAL,
Cəmşid Məhərrəmov – “Bakı”,
Rahid Əmirquliyev – “Xəzər Lənkəran”,
Aleksandr Çertoqanov – “İnter”,
Rəşad Sadiqov – “Qarabağ”,
Amit Quluzadə – “Neftçi”,
Elvin Məmmədov – “Qarabağ”,
Cavid Hüseynov – “Neftçi”,
Araz Abdullayev – “Neftçi”,
Vüqar Nadirov – “Qarabağ”,
Vaqif Cavadov – “Bakı”,
Fərid Quliyev – “Neftçi”,
Rauf Əliyev – “Qarabağ”,
Branimir Subaşiç – “Qəbələ”,
Volodimir Levin – “İnter”.

Ehtiyat heyət:
Səlahət Ağayev – “İnter”,
Rail Məlikov – “Neftçi”,
Maksim Medvedev – “Qarabağ”,
Samir Abasov – “Qarabağ”,
Fabio Luis Ramin – “Bakı”.

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar