Berti Foqts yığmamızdan ayrıla bilər
16 Mart 2011 Çərşənbə 13:16
“Beşiktaş” rəhbərliyi alman mütəxəssisə dəvət göndərmək fikrindədir
Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts öz postundan ayrıla bilər. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Beşiktaş” rəhbərliyi klubun baş məşqçisi Bernd Şusterin istefasından sonra boş qalmış posta Berti Foqtsu dəvət etmək fikrinə düşüb. Rəhbərlik bu mövsümün sonunadək Tayfun Havurçuya tapşırdığı “Beşiktaş”a daha güclü mütəxəssisi təyin etməyi düşünür.

Qeyd edək ki, “Beşiktaş”ın baş məşqçi postuna namizədlər sırasında Mustefa Dənizli və Mirça Luçeskunun da adı hallanır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar