Berti Foqts: "Yalnız milli komanda ilə inkişaf olmur"
27 Aprel 2010 Çərşənbə Axşamı 22:55
Berti Foqts: "İnkişaf uşaq futbolundan başlayır".
“Milli komanda və futbolçuların adından hamını təbrik edirəm. Sevinirəm ki, milli komanda üçün "Access Bank" kimi güclü partnyor tapılıb”. Bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

AFFA ilə "Access Bank" arasında əməkdaşlıq və sponsorluq haqqında müqavilənin imzalanması mərasimində çıxış edən almaniyalı mütəxəssis anlaşmanın futbolumuzun xeyrinə olacağını bildirib. “Azərbaycanda futbol çox sevilir. Buna görə də bu idman növünün inkişafı üçün hamı çalışmalıdır. Təbii ki, təkcə yığma ilə inkişaf olmur. İnkişaf uşaq futbolundan başlayır. Düzdür, bu yöndə işlər görülür. AFFA prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm ki, belə müqavilənin imzalanmasına imkan yaradıb”,-deyə baş məşqçi söyləyib.

Qeyd edək ki, bu gün AFFA ilə "Access Bank" arasında əməkdaşlıq və sponsorluq müqaviləsi imzalanıb. "Access Bank" 2 mövsüm, yəni 4 il ərzində bütün milli komandaların sponsoru kimi çıxış edəcək.

Bu müddətdə yığmaların formalarının üzərində "Azercell" və ARDNŞ şirkətləri ilə yanaşı, bankın da loqosu yerləşdiriləcək. Anlaşmaya əsasən, millinin bütün ev oyunlarında "Access Bank"ın əmtəə nişanı qoyulacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar