Berti Foqts təcrübəli futbolçulardan narazı qaldı
24 Fevral 2012 Cümə 21:52
Almaniyalı mütəxəssis Azərbaycan-Sinqapur matçı ilə bağlı fikirlərini açıqlayıb.
“Oyunda qalib gəlməyə yaxın idik. Ancaq sonradan buraxdığımız 2 qol buna imkan vermədi”. Bunu Dubayda keçirilən Azərbaycan-Sinqapur matçından sonra Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Foqts qələbəni son saniyələrdə əldən verdiyimizə görə üzülüb: “Əlbəttə, istəməzdik ki, uzatma dəqiqəsində qol buraxıb, qələbəni qaçıraq. Bunun üzərində işləməyimiz lazımdır. Daha çox təcrübəli futbolçulardan narazı qaldım. Deyə bilmərəm ki, gənclərin hamısından razı qaldım. Debütant Vüqar Əsgərovun oyun praktikası sarıdan korluq çəkməyi öz sözünü dedi. Latviya çempionatında çıxış edən bu gənc hücumçu 2 aydır oynamır”.
Xatırladaq ki, Azərbaycan-Sinqapur görüşü 2:2 hesabı ilə başa çatıb.
DOSTLARINLA PAYLAŞ: