Berti Foqts qələbədən sonra da jurnalistlərin qarşısına çıxmadı
07 Sentyabr 2011 Çərşənbə 01:13
Onun əvəzinə məşqçi Vəli Qasımov azarkeşləri təbrik etdi
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan - Qazaxıstan oyunundan sonra təşkil olunmuş mətbuat konfransına milimizin baş məşqçisi Berti Foqts gəlməyib. Onun əvəzinə məşqçi Vəli Qasımov qələbə münasibətilə azarkeşləri təbrik edib: “Çətin qələbə qazandıq. İlk dəfədir ki, bir seçmə mərhələdə 7 xal qazanırıq. Müdafiədə müəyyən problemlər var. Əvvəlki oyunlarda çox qol buraxmışdıq. Ona görə də hazırkı oyun sxemindən istifadə edirik. Üçüncü qolu vurduqdan sonra futbolçularda müəyyən qədər arxayınlaşma oldu. Rahat qalib gələcəyimizi düşünürdük, amma çətin qələbə qazandıq”.




DOSTLARINLA PAYLAŞ:

oyunlar