Berti Foqts: "Oyuna görə komandaya iradım yoxdur"
08 Oktyabr 2011 Şənbə 01:43
“Saşa Yunisoğlunun qırmızı vərəqə alması oyunun dönüş nöqtəsi oldu”
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin Avstriya yığmasına 1:4 hesabı ilə məğlub olduğu oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma ilə bağlı fikirlərini bildiriblər.
Berti Foqts (Azərbaycan millisinin baş məşqçisi): “Saşa Yunisoğlunun qırmızı vərəqə alması oyunun dönüş nöqtəsi oldu. 10 nəfərlə Avstriya yığması kimi komandaya qarşı oynamaq çox çətindir. Qol şanslarımız oldu, amma yararlana bilmədik. Göstərdiyi oyuna görə komandaya hər hansı iradım yoxdur”.
Villibald Ruttenştayner (Avstriya yığması): “Qələbə qazandığımız üçün çox şadam. Bu qələbənin səfər oyununda əldə olunması xüsusilə sevindiricidir. Rəqibin azlıqda qalması özünü göstərdi. Oyundan əvvəl bu hesabla qələbə qazanacağımıza inanmırdım”.
DOSTLARINLA PAYLAŞ: