Berti Foqts: Onlar oyunun sonuna yaxın yoruldular
02 Fevral 2013 Şənbə 21:29
Yığmamızın baş məşqçisi Berti Foqts Azərbaycan-Özbəkistan matçı barədə fikirləri ilə bölüşüb
Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts Dubayda baş tutan Azərbaycan-Özbəkistan yoldaşlıq görüşündən sonra fikirləri ilə bölüşüb.

ANS PRESS-in məlumatına görə, baş məşqçi bəzi futbolçularının oyunun sonuna yaxın yorulmalarından gileylənib: "Azərbaycanda hələ ki, yerli çempionatın dövrələrarası fasiləsi bitməyib. Buna görə, bəzi futbolçular oyunun sonuna yaxın yoruldular. Ümumilikdə bu matç hər iki komanda üçün yaxşı hazırlıq oyunu oldu".

Xatırladaq ki, Dubayda baş tutan Azərbaycan-Özbəkistan matçında hesab açılmayıb. Komandamız növbəti hazırlıq matçına fevralın 6-da çıxacaq. Bu dəfə rəqib Lixtenşteyn kollektivi olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar