Berti Foqts Mirça Redniklə anlaşdı
10 Aprel 2011 Bazar 19:24
Berti Foqts Mirça Redniklə anlaşdı. Məşqçilər milliyə dəvət olunan futbolçuların hazırlıq səviyyəsi ilə bağlı müzakirələr aparıb.
Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Redniklə görüşüb. Görüşdə "Xəzər Lənkəran" klubundan milli komandaya dəvət olunan futbolçuların hazırlıq səviyyəsi və digər məsələlər ətraflı müzakirə olunub.

Müzakirə olunan məsələlərlə bağlı hər iki mütəxəssisin fikirləri üst-üstə düşüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar