Berti Foqts millinin heyətini açıqladı
30 Sentyabr 2011 Cümə 16:53
Berti Foqts millinin heyətini açıqladı. Millimiz İstanbul şəhərində təlim-məşq toplanışında iştirak edəcək.
Yığmamız Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Avstriya, oktyabrın 11-də isə Türkiyə yığması ilə qarşılaşacaq. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, bu oyunlarla əlaqədar oktyabrın 1-dən 7-dək Bakıda, oktyabrın 8-dən 12-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı keçirəcək.
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqs təlim-məşq toplaşnışında iştirak edəcək heyəti açıqlayıb:
Kamran Ağayev – “Xəzər Lənkəran”, Andriy Popoviç – “Sumqayıt Şəhər”, Aqil Məmmədov – “Bakı”, Rəşad Sadıqov – “Qarabağ”, Volodimir Levin – “İnter”, Saşa Yunisoğlu – “Qəbələ”, Vurğun Hüseynov – “Qəbələ”, Aqil Nəbiyev – AZAL, Rail Məlikov – “Neftçi”, Elnur Allahverdiyev – “Xəzər Lənkəran”, Ruslan Əmircanov – “Neftçi”, Ruslan Abışov – “Neftçi”, Aleksandr Çertoqanov – “Qəbələ”, Rəşad Sadiqov – “Qarabağ”, Rahid Əmirquliyev – “Xəzər Lənkəran”, Namiq Yusifov – “Qarabağ”, Mahir Şükürov – “Qəbələ”, Ufuk Budak – “Frayburq” (Almaniya), Əfran İsmayılov – “Qarabağ”, Branimir Subaşıç – “Xəzər Lənkəran”, Vüqar Nadirov – “Qarabağ”, Vaqif Cavadov – “Volqa” (Rusiya), Rauf Əliyev – “Qarabağ”, Elşən Məmmədov – AZAL, Murad Hüseynov – “Qəbələ”.
Qeyd: Vaqif Cavadov millinin heyətinə oktyabrın 2-də, Ufuk Budak isə oktyabrın 3-də qoşulacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: