Berti Foqts Lənkərana gedir
07 Mart 2011 Bazar Ertəsi 17:16
Yığmanın baş məşqçisi "Xəzər Lənkəran" - "Neftçi" oyununu izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “NBC Bank Azərbaycan kuboku”nun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçını izləyəcək. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, qarşılaşma martın 8-də, saat 18:00-da, Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək.

Xatırladaq ki, bu komandalar arasında martın 3-də Bakıda keçirilən ilk oyun 4:3 hesabı ilə “Xəzər Lənkəran”ın xeyrinə başa çatıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar