Berti Foqts işsiz qalmayacaq
30 İyul 2013 Çərşənbə Axşamı 09:50
AFFA ilə müqaviləsi DÇ-2014-ün seçmə mərhələsinin sonunda başa çatan tanınmış mütəxəssis yeni təklif alıb.
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts postunu tərk etdikdən sonra uzun müddət işsiz qalmayacaq. Apasport.az saytının məlumatına görə, AFFA ilə müqaviləsi DÇ-2014-ün seçmə mərhələsinin sonunda başa çatan tanınmış mütəxəssis yeni təklif alıb.

Avro-1996-da Almaniya milli komandasına tarixinin son titulunu qazandıran Foqts Polşa yığmasının hədəfindədir. Bu ölkənin futbol federasiyası indiki baş məşqçi Frantişek Jmudanı məhz almaniyalı ilə əvəzləmək niyyətindədir. Bu çalışdırıcı postundan ayrıldıqdan sonra Foqts karyerasında növbəti milliyə rəhbərlik edəcək.

Millimizin baş məşqçisi əvvəllər də Polşa yığmasına namizəd göstərilib. Lakin həmin vaxt AFFA onunla müqaviləni yeniləməklə almaniyalını postunda saxlamağa nail olmuşdu. Bu dəfə isə assosiasiya baş məşqçi postuna alternativ namizədlər axtardığını açıqladığından polşalıların Foqts arzusunda əngəl qalmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar