Berti Foqts İlqar Qurbanova ehtiyac duyur
31 Avqust 2010 Çərşənbə Axşamı 19:55
"Mersin İdman Yurdu": "İlqar Qurbanov Azərbaycan milli komandasına çağırıldı".
İlqar Qurbanovun Azərbaycan milli komandasına çağırılması barədə xəbər yayılıb. Bu barədə futbolçunun çıxış etdiyi Türkiyənin "Mersin İdman Yurdu"nun rəsmi saytı xəbər verib. "Komandamızın oyunçularından azəri İlqar Qurbanov Azərbaycan milli komandasına, Cengiz Biçer Lixtenşteyn yığmasına çağırıldı. Digər oyunçularımıza isə ikigünlük istirahət verildi. Komandamız çərşənbə günü klubun bazasında yenidən toplanacaq və "Samsunspor" matçı hazırlıqlarına başlayacaq", - deyə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, İlqar Qurbanov uzun müddətdir ki, milli komandaya çağırılmır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar