Berti Foqts ilin son oyunundan razı qaldı
12 Noyabr 2011 Şənbə 03:37
Berti Foqts: “Futbol tanrısı bizim tərəfimizdə oldu”.
Tiranada Albaniya - Azərbaycan yoldaşlıq oyunundan sonra millimizin baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirib. O, millimizin oyunundan razı qaldığını bildirib: “İlin son oyununu qələbə ilə başa vurduq. Bu, Albaniya ilə 5 oyunda ilk qələbə idi. Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə isə, əksinə, rəqib daha güclü təsir bağışladı. Lakin futbol tanrısı bizim tərəfimizdə oldu”.

Xatırladaq ki, Tirana şəhərindəki “Qemal Stafa” stadionunda Albaniya və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunu 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Qarşılaşmadakı yeganə qolun müəllifi Rauf Əliyev olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar