Berti Foqts futbolçularımızdan danışdı
21 Aprel 2010 Çərşənbə 16:20
Baş məşqçi Berti Foqts jurnalistlərin suallarını cavablandırıb.
Bu gün Zabrat qəsəbə stadionunda Azərbaycan milli komandasının seleksiya xarakterli təlim-məşq prosesi çərçivəsində mətbuat üçün açıq məşqi keçirilib. Məşqdən əvvəl millinin baş məşqçisi Berti Foqts mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

O, seleksiya xarakterli təlim-məşq toplanışından sonra məşqçilər heyəti ilə birlikdə milli komandamıza layiq olan futbolçuları seçəcəyini bildirib. Baş məşqçi bununla yanaşı futbolçuların özlərini baş məşqçiyə təlim-məşq toplanışında deyil, klubun heyətində göstərdikləri oyunda nümayiş etdirməli olduqlarına da diqqət çəkib. Berti Foqts təlim-məşq toplanışı zamanı futbolçuların bəzilərindən narazı qaldığını da bildirib.

Xatırladaq ki, yığma komandamızın Zabrat qəsəbə stadionundakı seleksiya xartakterli məşqi sabah yekunlaşacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar