Berti Foqts etimad göstərdiyi futbolçuları açıqladı
02 Oktyabr 2010 Şənbə 15:00
Yığma komandamızın Avstriya və Türkiyə ilə oyun üçün heyəti məlum olub.
Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts yığmamıza cəlb etdiyi futbolçuların adlarını açıqlayıb.

AFFA-dan verilən məlumata görə, yığmaya 24 futbolçu cəlb olunub. Seçmə komandamız oktyabrın 3-dən 9-dək Vyana şəhərində, oktyabrın 10-dan 12-dək isə Bakıda təlim-məşq toplanışı keçirəcək. Bu təlim-məşq toplanışları Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Avstriya, oktyabrın 12-də isə Türkiyə yığması ilə qarşılaşmalara hazırlıq xarakteri daşıyacaq.

Seçmə komandamıza cəlb olunan futbolçuların adlarını nəzərinizə çatdırırıq: Kamran Ağayev, Fərhad Vəliyev, Aqil Məmmədov, Rəşad Sadıqov, Saşa Yunisoğlu, Ruslan Abışov, Vurğun Hüseynov, Rail Məlikov, Elnur Allahverdiyev, Maksim Medvedev, Rahid Əmirquliyev, Samir Abasov, Mahir Şükürov, Aleksandr Çertoqanov, Rəşad Sadiqov, Amit Quluzadə, Elvin Məmmədov, Cavid Hüseynov, Araz Abdullayev, Fabio Luis Ramin, Vüqar Nadirov, Vaqif Cavadov, Fərid Quliyev və Rauf Əliyev. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar