Berti Foqts dünyanın ən yaxşıları arasında
24 Yanvar 2011 Bazar Ertəsi 16:30
İFFHS son 15 ilin ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb. Berti Foqts dünyanın ən yaxşıları arasında.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 15 ilin ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb. Siyahıda ümumilikdə 225 mütəxəssis yer alıb. "Mançester Yunayted"in baş məşqçisi Aleks Ferqyuson siyahıya başçılıq edir - 222 xal. Onu "Arsenal"ın fransız məşqçisi Arsen Venger (186 xal) və italiyalı Marçello Lippi (146 xal) izləyir.

İFFHS-in siyahısında ölkəmizlə bağlı olan üç məşqçinin də adı salınıb. Belə ki, milli komandamızın baş məşqçisi Berti Foqts 43 xalla 36-cı pillədə qərarlaşıb. Onun həmyerlisi, "Bakı"nın sabiq məşqçisi Vinfred Şafer 83-cü olub - 22 xal. "Bakı"nın hazırkı baş məşqçisi, latviyalı Aleksandr Starkov isə 19 xalla 91-ci yeri tutub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar