Berti Foqts dilemma qarşısında
05 Oktyabr 2009 Bazar Ertəsi 16:00
Baş məşqçi kapitan sarğısını hansı futbolçuya etibar edəcəyini bilmir
Oktyabrın 10-da 2010-cu il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn- Azərbaycan matçı keçiriləcək. Bu matçda komandamızı meydana kapitan sarğısı ilə kimin çıxaracağı maraqla gözlənilir. Hazırda Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan milli komandamızın əsas kapitanı Rəşad Sadıqov zədəli olduğu üçün seçmə mərhələnin son iki oyununda meydana çıxa bilməyəcək. Almaniya millisinə qarşı görüşdə meydandan qovulan vitse-kapitan Samir Abbasov cəzalı vəziyyətə düşdüyündən Lixtenşteynlə görüşdə iştirak etməyəcək. Komandamızın baş məşqçisi Berti Foqts qısa zaman ərzində millinin yeni kapitanının adını açıqlamalıdır. Ehtimallara görə kapitanlığa 2 namizəd var – “Neftçi”nin müdafiəçi Rail Məlikov və Kamran Ağayev.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar