Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts öz postunda qalacaq. 63 yaşlı Berti Foqts bu barədə Vadusda Lixtenşteynlə matçdan əvvəl keçirilən mətbuat konfransında bildirib.
Almaniyalı futbol mütəxəssisi konfransda Lixtenşteyn və Rusiya komandaları ilə görüşdə alınacaq nəticədən asılı olmayaraq növbəti seçmə mərhələdə də Azərbaycan yığmasına rəhbərlik edəcəyini bildirib.
Berti Foqts oktyabrın 14-də komandamızın Rusiya ilə matçından sonra 2 illik müqaviləyə imza atacaq.
Xatırladaq ki, Azərbaycan yığması 2010-cu il Dünya çempionatının seçmə mərhələsində ümumilikdə 4 xal toplaya bilib. Komandamız bu xalların hamısını Lixtenşteynlə matçda əldə edib. Komandamız əvvəllər xal aldığı Uels və Finlandiyaya bu dəfə hər iki görüşdə məğlub olub.
ANSPRESS