Berti Foqts Azərbaycana 20 futbolçu çağırıb
17 Sentyabr 2009 Cümə Axşamı 15:51
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn və Rusiya yığmaları ilə rəsmi oyunlar üçün heyəti açıqlanıb
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn və Rusiya yığmaları ilə rəsmi oyunlar üçün heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, baş məşqçi Berti Foqts bu görüşlərə 20 futbolçu çağırıb.

Heyətdə əsas diqqəti çəkən məqam yığmamızın kapitanı Rəşad Sadıqovun qayıdışıdır. 27 yaşlı müdafiəçi Finlandiya və Almaniya ilə son rəsmi oyunlara zədəli olduğu üçün çağırılmamışdı. Foqts həmin görüşlərə çağırdığı futbolçulardan Cəmşid Məhərrəmov, Aqil Nəbiyev, Elmar Baxşıyev, Zeynal Zeynalov, Rahid Əmirquliyev, Araz Abdullayev, Cavid İmamverdiyevi bu dəfə ehtiyatda saxlayıb.

Milli komandamız növbəti rəsmi oyunlara hazırlıq məqsədilə sentyabrın 29-dan oktyabrın 6-dək Almaniyanın Frankfurt, oktyabrın 7-dən 10-dək İsveçrənin Sankt-Qallen şəhərində, oktyabrın 12-dən 14-dək isə Bakıda təlim-məşq toplanışı keçəcək. Lixtenşteynlə görüş oktyabrın 10-da səfərdə, Rusiya ilə oyun bundan 4 gün sonra Bakıda keçiriləcək.

Qapıçılar – Fərhad Vəliyev (“Qarabağ”), Kamran Ağayev (“Xəzər-Lənkəran”), Səlahət Ağayev (“İnter”)

Müdafiəçilər – Rəşad Sadıqov, Elnur Allahverdiyev, Maksim Medvedev (hamısı “Qarabağ”), Vladimir Levin (“İnter”), Saşa Yunisoğlu (“Bakı”), Ernani Pereyra (“Karvan”), Rail Məlikov, Ruslan Abışov (hər ikisi “Neftçi”)

Yarımmüdafiəçilər – Samir Abbasov, Mahir Şükürov, Aleksandr Çertoqanov, Cavid Hüseynov (hamısı “İnter”), Rəşad Sadiqov, Elvin Məmmədov (hər ikisi “Qarabağ”),

Hücumçular - Vüqar Nadirov, Vaqif Cavadov (hər ikisi “Qarabağ”), Daniel Axtyamov (“Simurq”)

Ehtiyat siyahı: Elçin Sadıqov, Elmar Baxşıyev, Araz Abdullayev (hamısı “Neftçi”), Cəmşid Məhərrəmov, Fabio Luis Ramim, Bəxtiyar Soltanov (hər ikisi “Bakı”), Usim Nduka, Aqil Nəbiyev (hər ikisi “Olimpik), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Şəhriyar Rəhimov (“İnter”), Zeynal Zeynalov (“Standard”), Cavid İmamverdiyev (“Karvan”)


DOSTLARINLA PAYLAŞ:

oyunlar