Berti Foqts Azərbaycan klublarına təşəkkür etdi
09 Aprel 2011 Şənbə 15:58
Yığmanın baş məşqçisi millimizin təlim-məşq toplanışını təxirə salıb
Azərbaycan milli komandasının aprelin 11-dən 14-dək Bakıda keçirilməli olan təlim-məşq toplanışı təxirə salınıb. ANS PRESS-in AFFA-ya isinadən verdiyi məlumata görə, yığma komandamızın baş məşqçisi Berti Foqts hazırlıq prosesinin baş tutmasına aydınlıq gətirib. Alman mütəxəssis çempionatın hazırki vəziyyətində klubların vəziyyətini nəzərə alaraq, təlim-məşq toplanışının təxirə salındığını bildirib.

“Çempionatın hazırkı mərhələsində klubları nəzərə alaraq, Azərbaycan millisinin aprelin 11-dən 14-dək planlaşdırılan təlim-məşq toplanışını keçirməyəcəyik. Tibbi müayinə və dopinq-test əvvəlcədən nəzərdə tutulduğu kimi, aprelin 18-dən 21-dək Almaniyada təşkil olunacaq”, - deyə Berti Foqts qeyd edib.

Foqtsun sözlərinə görə, ölkə kubokunun finalına yüksəlməyən klublardakı millinin üzvləri mayın 20-dən iyunun 8-dək Qazaxıstan və Almaniya yığmalarına qarşı oyunlara hazırlaşacaqlar. Ölkə kubokunun finalında çıxış etmiş futbolçular mayın 26-da millinin heyətinə qoşulacaqlar. Sonda yığmanın baş məşqçisi qarşılıqlı əməkdaşlığa görə dərin minnətdarlığını bildirərək bütün klublara öz məqsədlərinə çatmağı arzulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar