Berti Foqts: “Azərbaycan bu qələbəyə layiqdir”
16 May 2011 Bazar Ertəsi 14:44
Yığmamızın baş məşqçisi Berti Foqts təmsilçilərimizin “Eurovision-2011”də qalib olmalarına münasibət bildirib.
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ölkəmizin “Eurovision-2011”in qalibi olması ilə bağlı fikirlərini bildirib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, Berti Foqts Azərbaycan təmsilçilərinin məhz Almaniyada qalib gəlmələrinə çox sevindiyini söyləyib.

“Çox sevinirəm ki, Azərbaycanı təmsil edən musiqiçilər – Eldar Qasımov və Nigar Camal – məhz mənim vətənimdə – Almaniyada təşkil olunmuş “Eurovision-2011” Beynəlxalq Mahnı Müsabiqəsinin qalibi oldular. Bu münasibətlə Azərbaycan xalqını təbrik edir və hesab edirəm ki, Azərbaycan bu qələbəyə layiqdir. Azərbaycanlı müğənnilərin mahnısını dinlədikdən sonra təmsilçilərinizin bu müsabiqənin favoriti olduğuna əmin idim. Finalda bu bir daha öz təsdiqini tapdı və Avropa ölkələrinin böyük əksəriyyəti Azərbaycan təmsilçilərinə yüksək bal verdilər”, -deyə Berti Foqts qeyd edib.

Sonda alman məşqçi Azərbaycan incəsənətinin bu qələbəsinin futbolçularmızda da böyük ruh yüksəkliyi yaradacağına inandığını vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar